Şriftin ölçüsü :

Saytın rəngi :

20 yanvar şəhidlərinin xatirəsi yad edilmişdir

20 yanvar 2012 | 16:00

20 Yanvar Ümumxalq Hüzn günü ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq rayonun bütün məktəblərində, mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda yığıncaq, dəyirmi masalar təşkil olunmuş, rəsm və inşa yazı müsabiqələri keçirilmişdir.
Yanvarın 20-də şəhərin mərkəzindəki əsaslı şəkildə yenidən qurulmuş Şəhidlər xiyabanında mərasim keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Şəhidlər xiyabanına gələrək abidənin önünə qırmızı qərənfillər qoydu və Vətən yolunda öz canından keçmiş insanların xatirəsini yad etdi. Saat 12:00-da respublikamızın hər yerində olduğu kimi rayonumuzda da şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Küçələrdə hərəkət dayandırıldı, səs siqnalları verildi.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş mərasimdə çıxış etdi. Sonra Qazax Cümə məscidinin imamı İlham Süleymanov şəhidlərin ruhuna dua oxudu.
Qazax dövlət dram teatrı aktyorlarının ifasında şəhidlərə həsr olunmuş şeirlər səsləndi. Tədbirdə iştirak edən rayon sakinləri, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Şəhidlər xiyabanında abidənin önünə gələrək qırmızı qərənfillər qoydular, şəhidlərin ölməz ruhunu yad etdilər.
 

Keçidlər