23 iyun dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar rayonumuzda tədbir keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə dövlət qulluqçuları iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov tədbiri giriş sözü ilə açaraq 23 iyun dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Bildirmişdir ki, bu gün iftixar hissi ilə demək olar ki, Azərbaycanın bütün sahələr üzrə mütəxəssisləri, peşəkar kadrları, dövlət qulluqçuları var və onlar özlərini işlərində tam doğruldurlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli “Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsi haqqında” sərəncamı ilə 23 iyunun respublikamızda dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilir. Bu əlamətdar tarix dövlət qulluqçularının cəmiyyətin ictimai–siyasi, sosial–iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olmaqla, onları dövlət qulluğu prosesində daim fəal, əzmkar olmağa sövq edir.
Rayon İcra Hakimiyyəti Başçısının I müavini Fərman Nağdalıyev tədbirdə çıxış edərək dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır.
Dövlət qulluqçularından İcra Hakimiyyəti Aparatında aqrar məsələlər şöbəsinin baş aqronomu Süleyman Mustafayev, aparıcı məsləhətçi Fariz Vəliyev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov tədbirin sonunda dövlət qulluqçularını peşə bayramı münasibətilə bir daha səmimi qəlbdən təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamış və Fariz Vəliyevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 25 iyun 2014-cü il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edildiyini qeyd etmişdir.
Tədbirin sonunda Süleyman Mustafayevə “Tərəqqi” medalı təqdim edilmişdir.