Şriftin ölçüsü :

Saytın rəngi :

“Mən Fəxr edirəm ki, Azərbaycanlıyam” layihəsi çərçivəsində tədbir–görüş keçirilmişdir.

16 iyul 2014 | 15:00

Qazax rayonundakı Gənclər Mərkəzində Türkiyə Universitetləri Məzunları İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə  və Qazax Rayon İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə “Mən Fəxr edirəm ki, Azərbaycanlıyam” layihəsi çərçivəsində rayon gəncləri ilə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə Qazax rayonu İcra Hakimiyyəti başçısının müavini  Gülayə Həsənova açmış və layihənin əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat vermişdir.
Layihənin eksperti, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə və Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Sübhi Talıblı geniş çıxış etmişlər və bildirmişlər ki, layihənin əsas məqsədi 14-18 yaşlı yeniyetmələr və 18-29 yaşlı gənclər arasında vətənpərvərlik və Azərbaycançılıq ideologiyası ilə bağlı informasiya çatışmazlığını aradan qaldırmaq, bu sahədə təcrübəni inkişaf etdirmək, dövlətin və millətin mənafeyini hər şeydən üstün tutmaq və digər məsələləri gənclərimizə çatdırmaqdır. Bu istiqamətdə dövlət tərəfindən ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsi üçün daimi maarifləndirici addımların atıldığı, Azərbaycan dövlətinin daha güclü olması üçün gənc nəslin milli ruhda yetişdirilməsinə kömək etməyin hər bir azərbaycan vətəndaşının borcu olduğu bildirilmişdir. Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış “Azərbaycançılıq” ideologiyasının və Məfkurəsinin gənc nəsil tərəfindən öyrənilməsinin vacibliyi vurğulanmışdır.
Mövzu ətrafında YAP Qazax rayon təşkilatının Qadınlar Şurasının sədri Asya Alhüseynova, gənc şair Taleh Mansurlu və başqaları çıxış etmişlər.
Tədbirin sonunda gənclərin bir qrupu Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin Fəxri Fərmanları ilə təltif olunmuşdur.
 

 

Keçidlər