Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxlı nümayəndələr Trakay şəhərində keçirilən “Trakay yayı-2018”adlı bayramda

08 iyun 2018 | 16:00

Son iki ildə Qazax rayonunun  sosial-iqtisadi göstəricilərində artan dinamika müşahidə olunmaqla bərabər, rayonun beynəlxalq əlaqələri  də genişlənir. Ötən il may ayının 14-18-də Qazax rayonu İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Litva Parlamentlərarası işçi qrupunun rəhbəri Kamran Nəbizadə, Qazax Rayon İcra Hakimiyyəti başçısının Qazax şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Akif Vəliyev, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənovdan ibarət nümayəndə heyəti Litva Respublikasının Trakay şəhərində olmuşlar.
Nümayəndə heyəti may ayının 15-də Trakay rayon meriyasının sədri Edita Rudelene tərəfindən qarşılanmışlar. Sonra Qazax rayonu ilə Litva Respublikasının Trakay rayonu arasında təhsil, mədəniyyət və tarix, idman, turizm, biznes, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi məqsədilə əmakdaşlıq sazişi imzalanmışdır. Həmçinin, 21 iyun 2017-ci il tarixdə Trakay rayon bələdiyyəsinin meri Edita Rudelene və nümayəndə Rudelis Henrikas Qazax rayonuna səfər etmişlər. Qonaqlar səmimiyyətlə qarşılanmışlar. Əvvəlcə Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon İcra Hakimiyyətinin başçısı və işçi qrupunun üzvlərinin iştirakı ilə görüş keçirilmişdir. Sonra qonaqlar rayonun gəzməli və görməli yerlərində olmuşlar.
Litvalı qonaqlara ingilis və rus dillərində Qazax rayonunun tarixi, mədəni həyatı, rayonda aparılan tikinti, quruculuq və abaqlıq işləri barədə geniş məlumatlar verilmiş, onlarda  Qazax, Azərbaycan haqda xoş təəssüratlar formalaşdırılmışdır. 
  Qeyd etmək lazımdır ki, 2018-ci il Litvanın 100 illiyi qeyd olunur. Bu münasibətlə 01–03 iyun 2018-ci il tarixlərində Trakay şəhərində “Trakay yayı - 2018” adlı bayram şənliyi keçirilmişdir. Bayram tədbirində Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi Sərdar Orucov və Rayon İcra Hakimiyyəti başçısı aparatında məsləhətçi Səba Paşayeva iştirak etmişlər.
  Qazaxlı Nümayəndələrimiz Trakay şəhərinin meri Edita Rudelene tərəfindən yüksək səviyyədə qarşılanmışlar. Rəsmi ziyafətdə Trakay şəhərinin meri Edita Rudelene qonaqları salamlamış və geniş məruzə ilə çıxış etmişdir. Hədiyyələr mübadiləsi zamanı nümayəndələrimiz Qazax xalçası, üzərində “Damcılı bulağı” və “Göyəzən dağı” əks olunmuş suvenirləri merə təqdim etmişlər.

 

Vəli VƏLİYEV,
“Respublika”

Keçidlər