Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilərlə görüş keçirilib

11 iyun 2018 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi diqqət ayırır, istər müəllimlərə, istərsə də şagirdlərə qayğı ilə yanaşır.
Bu gün rayon rəhbərinin S.Vurğun adına şəhər  2 nömrəli tam orta məktəbin müəllim və şeir demək qabiliyyəti ilə seçilən şagirdlərini qəbul etməsi bu qayğının bariz nümunəsidir.
İcra Hakimiyyətində keçirilən görüşdə Azərbaycan bölməsinin VI sinif şagirdlərindən Ülkər Hacızadə, Növrəstə Haqverdiyeva, rus bölməsinin VI sinif şagirdi Hamaya Qurbanova, II sinif şagirdlərindən Mahmud Yusibov, Tamerlan İmanov və Nuray Orucova iştirak ediblər.
İcra başçısı görüşdə çıxış edərək məktəbliləri qarşıdan gələn Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, onlara dərslərində daha böyük müvəffəqiyyətlər qazanmalarını arzulayıb. Qazax rayonunun ölkəmizdə təhsilin beşiyi sayıldığını bildirən rayon rəhbəri bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, rayonumuzda təhsil ildən-ilə inkişaf edərək daha böyük bəhrə verir. Ona görə də bu sahə ən yüksək səviyyədə olmalı, daha çox inkişaf etməlidir.
Rayon rəhbəri bildirib ki, bu gün bu gözəl balaları qəbul etməkdə əsas məqsədim onlara olan diqqət və qayğını göstərmək, xüsusi istedadı ilə seçilən uşaqları daha da ruhlandırmaqdır. Nəinki bu uşqlara, eləcə də bütün məktəblilərə daim diqqət mərkəzində olduqlarını hər zaman hiss etdirmək lazımdır.
Səmimi söhbət əsasında keçən görüşdə məktəblilər də öz ürək sözlərini bildirib, arzu və istəklərini çatdırıblar. Onlarla keçirilən bu görüşün həyatlarında böyük əhəmiyyət daşıdığını qeyd ediblər. Göstərilən diqqət və qayğının etimadı olaraq bundan sonra da dərslərini daha yaxşı oxuyacaqlarını və məktəblərinin adını uca tutacaqlarını söyləyiblər.
Məktəbin direktoru Murğuz Mustafayev, ibtidai sinif müəllimi Könül Kərimova çıxış edərək məktəblərində aparılan əsaslı təmir işlərinə görə Respublika Prezidenti İlham Əliyev cənablarına, onlara göstərilən bu səmimi münasibətə və qayğıya görə rayon rəhbərliyinə kollektiv adından öz dərin minnətdarlıqlarını bildiriblər.
Səmimi keçən görüşdə sonda xatirə şəkli çəkilib.

Keçidlər