İncəsənət sərgisi təşkil olunmuşdur
Qazax Dövlət Rəsm Qalereyasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Bakı Yaradıcılıq Mərkəzi tərəfindən “Azərbaycan incəsənət festivalı-2014” layihəsi çərçivəsində incəsənət sərgisi təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova açmışdır. Sonra sənətşünas, sərginin rəhbəri Fərəh xanım Ələkbərli geniş çıxış etmiş və tədbirin əhəmiyyəti haqqında sərgi iştirakçılarına məlumat vermişdir.
Sərgidə Respublikanın tanınmış heykəltaraşlarının və rəssamlarının 40-a yaxın sənət əsəri nümayiş etdirilmişdir. Nümayiş etdirilən heykəltaraşlıq və rəsm əsərləri sərgiyə gələnlərin böyük marağına səbəb olmuşdur.
Sərgi iki gün davam edəcəkdir.
Tədbirdə Qazax RİHB Aparatında İnformasiya Təminatı və Təhlil sektorunun müdiri Məhəmməd Orucov iştirak etmişdir.