Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunun Yuxarı Salahlı kəndində səyyar qəbul-görüş keçirilmişdir

23 iyul 2014 | 15:00

Problemləri yerində öyrənmək, əhalini narahat edən məsələləri onların dilindən eşitmək olduqca səmərəli bir iş üsuludur. Bu, həm problemi dərindən və ətraflı öyrənməyə, həm də onun operativ, yerindəcə həll olunmasına kömək edir.
Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov fəaliyyətə başladığı ilk gündən şəhər və kəndlərdə əhali ilə səyyar qəbul-görüşlər keçirir. Keçirilən qəbul-görüşlərdə əhalini narahat edən problem və qayğılar dərindən öyrənilir, onların həlli istiqamətində elə yerindəcə aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilir. Belə görüşlərdən biri rayonun Yuxarı Salahlı kəndində keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.
Əvvəlcə, Yuxarı Salahlı inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Çingiz Zeynalov Yuxarı Salahlı kəndi barədə görüş iştirakçılarına məlumat vermişdir. Kənddə görülmüş işlər, elektrik enerjisi, qaz və su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə danışmışdır. Sonra çıxışlar olmuşdur.
1. Yuxarı Salahlı kənd orta məktəbinin müəllimi Məhəmməd Vəkilov Kür çayının kəndin ərazisindən keçən hissəsində su daşqınları zamanı pay torpaqlarını yumasının qarşısının alınması məqsədilə çəkilən sahilbərkitmə işlərinin başa çatdırılmasının vacib olması barədə danışmışdır.
2. Kənd sakini Xanlar Eyyubov kəndin orta məktəb binasının 1971-ci ildə tikildiyini bildirərək, ya yeni məktəb tikintisinin, ya da hazırkı məktəb binasının əsaslı təmir olunmasına ehtiyac olduğunu bildirmişdir.
3. Kənd sakini Hacıeyyubova Dilarə kənddə yeni bağça binasının tikintisi barədə danışmışdır.
4. Kəndin ağsaqqallar Şurasının sədri Abdulla Məmmədov kəndin ortasından keçən suötürücü kanalın yenidən tikilməsinə böyük ehtiyac olduğunu söyləmişdir.
5. Yuxarı Salahlı kənd orta məktəbinin təsərrüfat müdiri Vaqif Eyyubov kənddə yeni məktəb binasının tikintisinə ehtiyac olduğunu bildirmişdir.
Səyyar qəbul-görüşü yekunlaşdıran Qazax rayonu İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini bildirmiş və regionların sürətli sosial-iqtisadi inkişafından söz açmışdır. İcra başçısı daha sonra Qazax rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən proqramların əhəmiyyəti, rayonun infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, son illər ölkə Prezidentinin Sərəncamına əsasən Qazax-Quşçu Ayrım, Yuxarı Salahlı-Kəmərli, Qazaxbəyli-Aşağı Salahlı avtomobil yolları yenidən tikilib əhalinin istifadəsinə verilmişdir. Qazax-Kosalar avtomobil yolunun da tikintisi nəzərdə tutulmuşdur. Yaxın vaxtlarda rayonda yeni su kanalizasiya xəttinin çəkilişinə başlanacaqdır. Rayonda 20-dən çox yeni məktəb binası, Olimpiya İdman Kompleksi, Diaqnostika Mərkəzi, Şahmat Məktəbi, Gənclər Mərkəzi, Ədəbiyyat Muzeyi, Sement zavodu, Konserv zavodu  və onlarca iqtisadi və sosial yönümlü binalar tikilmişdir. Rayonda Mərkəzi Xəstəxana kompleksinin tikintisinə başlanılmışdır. Son iki ildə rayon ərazisində 13 subartezian quyusu qazılmışdır. Məcburi köçkünlər üçün 300 mənzilli 5 yeni yaşayış binasının yaxın vaxtlarda tikintisinə başlanılacaqdır. Bildirilmişdir ki, tikinti-abadlıq və quruculuq sahəsində işlər bundan sonra da davam etdiriləcəkdir.
Cənab Ayaz Əsgərov sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası ilə əlaqədar müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlar vermişdir.
Səyyar qəbul-görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov geniş çıxış  etmiş və sakinlərin problem və qayğıları ilə tanış olmuşdur.

Keçidlər