Qazax rayonunda əhali ilə görüş keçirilmişdir
Qazax rayonunda İcra Hakimiyyətində əhali ilə görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, icra başçısının müavinləri, ağsaqqallar, ziyalılar, qadınlar, gənclər, QHT və KİV nümayəndələri iştirak etmişdir.
Görüşü Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov açmış, tədbir iştirakçılarını salamlamış, görüşün məqsədi və məramı haqqında ətraflı məlumat vermişdir. Son illərdə respublikamızda və eləcə də rayonumuzda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının uğurlu daxili və xarici siyasəti nəticəsində əldə olunmuş uğurlardan, qazanılmış nailiyyətlərdən danışmışdır.
Qeyd olunmuşdur ki, son illər ölkə prezidentinin rayonumuza göstərdiyi diqqət və qayğı nəticəsində Qazaxda da bir sıra sosial proqramlar və infrastruktur layihələr həyata keçirilmişdir. Ölkə prezidentinin sərəncamına əsasən Qazax-Quşçu Ayrım, Yuxarı-Salahlı-Kəmərli, Qazaxbəyli-Aşağı Salahlı avtomobil yolları yenidən tikilmiş, Qazax-Kosalar avtomobil yolunun tiklintisi nəzərdə tutulmuşdur. Rayonda 20-dən çox yeni məktəb binası, Olimpiya İdman Kompleksi, Diaqnostika Mərkəzi, Şahmat Məktəbi, Gənclər Mərkəzi, Ədəbiyyat Muzeyi, Uşaq Əyləncə Mərkəzi, YAP RT-nın rayon şıöbəsinin inzibati binası, Sement zavodu, Konserv zavodu və onlarca iqtisadi və sosial yönümlü binalar tikilib əhalinin istifadəsinə verilmişdir. Rayon Mərkəzi Xəstəxana Kompleksinin tiintisinə başalnılmışdır. Son iki ildə rayonda 13 subartezian quyusu qazılmışdır. Yaxın vaxtlarda məcburi köçkün ailələri üçün 300 mənzillik 5 yeni yaşayış binasının və su-kanalizasiya xəttinin çəkilməsinə başlanılacaqdır. Cənab Ayaz Əsgərov bildirmişdir ki, tikinti, abadlıq və quruculuq sahəsində işlərimiz bundan sonra da davam edəcəkdir.
Sonra söz görüş iştirakçılarına verilmiş, onların rəy və təklifləri dinlənilmişdir.
Məcburi köçkün Allahverən Poladov, Rayon Ağsaqqalllar Şurasının sədri Sabir Məhərrəmov, şəhər sakinlərindən Mikayıl Məmmədov və Şəmistan Vəliyev çıxış zamanı rayon mərkəzindən keçən 6,5 km uzunluğunda Poylu arxının beton üzlüyə alınması, Kür çayının sağ sahilində Yuxarı Salahlı və Aşağı Salahlı kəndləri ərazisində sahilbərkitmə işlərinin tam başa çatdırılması, nasos stansiyaları vasitəsilə Kür çayından Ağstafaçay su dəryaçasına suyun verilməsi və digər təkliflər vermişlər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov söylənilmiş təkliflərlə bağlı aidiyyatı strukturların rəhbərlərinə konkret tapşırıqlar vermişdir.
Görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov geniş çıxış etmiş, söylənilmiş rəy və təkliflərlə bağlı, həmçinin torpaqların inventarizasiyasının dəqiq aparılması, hər bir kənddə ərazislərin dəqiqləşdirilməsi və diqqət kənar heç bir sahənin qalmaması barədə öz tövsiyələrini vermişdir.