Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda vətəndaşlar “ASAN xidmət”in fəaliyyətindən razı qalmışlar

28 iyun 2018 | 16:00

Vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında xidmətlər təqdim edən “ASAN xidmət” qısa müddətdə əhalimizin inamını və rəğbətini qazanmaqla yanaşı, ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır və öyrənilir. Xidmətin başlıca prinsiplərindən biri də respublikamızın bütün bölgələrini əhatə etməsi, “ASAN xidmət”in fəaliyyət göstərmədiyi ünvanlarda belə sakinlərə xidmət olunmasıdır.
Qazax rayon sakinləri də mütəmadi olaraq “ASAN xidmət”in fəaliyyətindən yararlanıblar.
30 may tarixindən etibarən rayonumuzda fəaliyyətə başlayan “ASAN xidmət” bu gün öz işini başa vurub. Xidmətin fəaliyyətindən 4962 nəfər yararlanıb. 1 ay müddətində səyyar şəkildə göstərilən xidmətlərdən nəinki rayon sakinləri, eləcə də qonşu rayonların sakinləri də razı qalıblar.
Vətəndaşlara “Ehtiyat Səyyar ASAN 2 xidməti"n nümayəndələri texnika ilə təchiz olunmuş xüsusi avtobusla şəhərin Ş.Xiyabanı küçəsi 12 ünvanında (mərkəzi poçtla üzbəüz) səyyar xidmət göstəriblər.
Dövlət xidmətlərinin əhaliyə daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin olunması və vətəndaş məmnunluğuna nail olmaq məqsədilə təşkil olunmuş “Səyyar xidmət”in göstərdikləri xidmətlər bilavasitə rayon sakinlərinin rahatlığını təmin edib.
Vətəndaşlara səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunub.

Keçidlər