Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur- ekskursiyası davam edir. Qazax məktəbliləri İsmayıllı – Qəbələ - Şəki rayonlarına yola düşmüşlər

03 sentyabr 2014 | 15:00

Sentyabrın 3-də Qazax məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur- ekskursiyası çərçivəsində İsmayıllı – Qəbələ -Şəki rayonlarına səfər etmişlər. Qazax şəhərindəki Heydər Əliyev Mərkəzində bu məqsədlə təntənəli yola salma mərasimi keçirilmişdir. Səfər sentyabr ayının 6 -dək davam edəcəkdir. Səfər zamanı məktəblilər İsmayıllı, Qəbələ və Şəki rayonlarının tarixi , gəzməli –görməli yerləri ilə tanış olacaqlar , qədim milli memarlıq abidələrini , müqəddəs yerləri ziyarət edəcəklər,müxtəlif məzmunlu maraqlı və əyləncəli proqramlarda iştirak edəcəklər.
Tədbirdə məktəblilərin valideynləri çıxış etmişlər. Bu cür tədbirlərin əhəmiyyəti, məktəblilər üçün çox maraqlı və yadda qalan olması barədə danışmışlar, həmcinin ölkə Prezidenti İlham Əliyev cənablarına öz razılıq hisslərini ifadə edərək  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər