Qazax rayonunda 2014-2015-ci ilin qış mövsümünə hazırlığın vəziyyəti müzakirə olunmuşdur
Qazax rayon İcra Hakimiyyətində 2014-2015-ci ilin qış mövsümünə hazırlığın vəziyyətinə dair geniş tərkibdə müşavirə keçirilmişdir. Müşavirəni giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov açmışdır. O, rayonda 2014-2015-ci ilin qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər barədə müşavirə iştirakçılarına ətraflı məlumat vermiş və elektrik, su-kanalizasiya, istilik, qaz şəbəkələrinin və qurğularının istismarına nəzarət edilməsi, yaşayış məntəqələrinin fasiləsiz elektrik enerjisi, qaz və su ilə təchizatını təmin etmək sahəsində zəruri tədbirlərin görülməsi ilə əlaqədar qarşıda duran vəzifələrdən danışmışdır.
Sonra müzakirələr olmuşdur. Ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri tərəfindən rayonda qışa hazırlığın vəziyyətinin qənaətbəxş olduğu söylənilmiş, lakin əlavə bir sıra tədbirlərin hazırlanıb həyata keçirilməsinə ehtiyac olduğu bildirilmişdir.
Müşavirəyə rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov yekun vurmuş və aidiyyəti struktur rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.