Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Məzəm kəndində yeni tikiliş məktəb binasının açılışı olmuşdur.
11 sentyabr 2014 | 15:00
Yeni dərs ili ərəfəsində Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən,yeni tikilmiş Məzəm kənd ibtidai məktəbinin açılışı omuşdur. Toplantını giriş sözü ilə rayon İcra Hakiiyyətinin başçısı cənab Ayaz Əsgərov açmış,qarşıdan gələn yeni dərs ili münasibəti ilə müəllimləri , şagirdləri və valideynləri təbrik etmişdir. Sonra yeni məktəb binasının açılışını bildirən lent kesilmişdir.
Çıxışlar olmuşdur. Milli Məclisin deputatı Əhməd Vəliyev, məktəbin diektoru Cəbrayıl Osmanov , müəllimlər və valideynlər çıxış edərək təhsilə respublikamızda və eləcə də Qazax rayonunda göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirmişlər.