Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər gününə həsr olunmuş tədbir keçirilmişdir

02 fevral 2012 | 16:00

02 fevral 2012-ci il tarixdə Qazax Olimpiya İdman Kompleksində “2 fevral – Gənclər günü” münasibətilə bayram tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev gəncləri gənclər günü münasibətilə təbrik etmiş, azərbaycan gənclərinin əldə etdiyi uğurlardan, qazandıqları nailiyyətlərdən söz açaraq məruzə ilə çıxış etmişdir. Sonra MİMHİ Qazax rayon təşkilatının sədri İskəndər Qurbanov, Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının Tələbə Gənclər Təşkilatının sədri Oruc Mansurov, Qazax Dövlət Sosial İqtisadi Kolecinin Tələbə gənclər Təşkilatının sədri Türkan Hacıyeva, YAP Qazax Rayon Təşkilatının sədri Həmid Pənahov və başqaları Azərbaycan gəncliyinin keçdiyi uğurlu yola nəzər salaraq məruzə ətrafında çıxış etmişlər.
Gənc istedadların ifasında rəngarəng musiqi nömrələri tədbirə xüsusi rəng qatdı.
Tədbirdə gənclərin bütün təbəqələri təmsil olunmaqla 80 nəfər gənc iştirak etmişdir. Tədbirin sonunda 2011-ci il ərzində yüksək nailiyyətlər əldə etmiş 10 nəfər yeniyetmə və gəncə Diplom və hədiyyələr təqdim edilmişdir.
 

Keçidlər