Şriftin ölçüsü :

Saytın rəngi :

Sərhəd kəndində yeni məktəb binasının açılışı olmuşdur

19 sentyabr 2014 | 15:00

  Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Quşçu Ayrım kəndində 180 şagird yerlik üç mərtəbəli yeni məktəb binasının açılışı olmuşdur. Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdalıyev tədbiri giriş sözü ilə açaraq yeni məktəb binasının istifadəyə verilməsi və yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik etmiş, möhtərəm Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında ölkəmizdə aparılan tikinti-quruculuq işlərindən danışmışdır. Bildirmişdir ki, ölkə başçısı tərəfindən bütün sahələrlə yanaşı təhsil sahəsinə də xüsusi diqqət və qayğı göstərilir. Bunun təzahürü  olaraq  Qazax rayonunda  yeni-yeni məktəb binaları tikilib istifadəyə verilir. Təkcə bu il rayonumuzda 4 yeni məktəb binası tikilib istifadəyə verilmişdir ki, bunlardan 3-ü sərhəd kəndlərində yerləşir. 
     Rayon təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyev, Quşçu Ayrım kənd tam orta məktəbin direktoru Yetər Mustafayeva, məktəbin tədris işləri üzrə direktor müavini Lətif Dünyamalıyev çıxış edərək, yeni məktəb binasında müəllim və şagirdlər üçün yüksək şərait yaradıldığını qeyd etmişlər.
     Məktəbin valideyn komitəsinin sədri Yusif Nəbiyev və şəhid ailəsi Abbas Mirzəyev  söz alaraq yeni  məktəb binasının tikintisinə görə Prezident İlham Əliyevə bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildirmişlər.
    Məktəbin açılışını bildirən qırmızı lent kəsildikdən sonra binaya baxış keçirilmiş, sinif otaqları, laboratoriyalar, kitabxana, bufet, dəhliz, akt və idman zallarında yaradılmış şərait yüksək qiymətləndirilmişdir.

Keçidlər