Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlər minnətdarlıq ediblər

24 avqust 2018 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin Ə.Şıxlinski küçəsində yerləşən “Oxumaq-oxumaq” adlanan çoxmənzilli binada yaşayan sakinlərlə görüşüb.
İcra başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək səmimi ürək sözlərini çatdırıb və rayonda çoxmənzilli binalarda görülən işlərdən söz açıb. Qeyd edib ki,
ölkə başçısının Sərəncamına uyğun olaraq çoxmənzilli binalarda aparılan quruculuq işləri bu il də davam etdirilir. Daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir işlərinin aparılmasına qərar verildiyini bildirib. Rayon rəhbəri “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı çoxmənzilli yaşayış binalarının yüksək səviyyədə təmir olunaraq sakinlərin istifadəsinə verilməsini bunun bariz nümunəsi olduğunu qeyd edib.
İcra başçısı 37 ailənin yaşadığı “Oxumaq-oxumaq” adlanan bu binanın da yaxın vaxtlarda əsaslı şəkildə təmir olunacağını, istər binanın bloklarında, istərsə də xarici fasadda yüksək səviyyədə təmir işlərinin görüləcəyini bildirib.
Bina sakinlərindən Reyhan Abdurrəhmanova, Qaməd Qasımov və başqaları respublikamızda, eləcə də son 2 ildə Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyev cənablarına və Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, biz sakinlər çox sevinirik ki, ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili bu gün Qazaxda olduğu kimi icra olunur. Fəaliyyətə başladığınız ilk gündən biz sakinlər bu diqqət və qayğını hər zaman hiss etmişik. Bizim yaşadığımız binada gördüyünüz işlər, xüsusilə də evə ehtiyacı olan insanlara bu binada şərait yaratmağınız, qayğılarımızla mütəmadi olaraq maraqlanmağınız bunun əyani sübutudur.
Sakinləri narahat edən qayğıları dinləyən rayon rəhbəri onlara göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirib.

Keçidlər