Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax şəhərində uşaq bağçası üçün yeni tikilmiş binanın açılışı olmuşdur

03 oktyabr 2014 | 15:00

Qazax şəhərində 1 saylı körpələr evi-uşaq  bağçasının  yeni tikilmiş 100 yerlik binasının açılışı olmuşdur. Bu münasibətlə təşkil olunmuş tədbiri Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov açmışdır. O, ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən ölkəmizdə gənc nəslin təlim-tərbiyəsinə, körpələrimizin sağlam inkişafına və böyüməsinə göstərilən diqqət və qayğıdan faktlar əsasında ətraflı danışmışdır. Bildirmişdir ki, açılışına toplaşdığımız yeni tikilmiş bu uşaq bağçası da dediklərimizin əyani təzahürüdür. Burada azyaşlı uşaqların düzgün tərbiyəsi və sağlam böyüməsi üçün hər cür şərait yaradılmışdır. Bundan başqa, hazırda Qazax şəhərində uşaq bağçası üçün tikilən ikinci yeni binada da tikinti işləri yekunlaşmaq üzrədir.
Cənab Ayaz Əsgərov çıxışının sonunda bütün valideynləri, tərbiyəçiləri və körpələri yeni binanın tikilib istifadəyə verilməsi münasibətilə təbrik etmiş, onlara möhkəm can sağlığı və işlərində uğurlar arzulamışdır.
Sonra çıxışlar olmuşdur. Qazax şəhər 5 saylı tam orta məktəbin direktoru Nəsibə Tağıyeva, Qazax şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Zülfiyyə Quliyevə, tərbiyəçi-müəllim Dilarə Hüseynova, valideyn Əfqan Qafarov və başqaları çıxış edərək öz sevinclərini tədbir iştirakçıları ilə bölüşmüşlər, ölkə prezidenti İlham Əliyev cənablarına təhsilimizə, körpələrin və gənc nəslin tərbiyəsinə  göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər