İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul edib
Artıq hər kəsə yaxşı məlumdur ki, Qazax rayonunda vətəndaşlar rəsmi qəbul günlərindən başqa, digər günlərdə də fərdi şəkildə qəbul edilir. Günün istənilən vaxtında müraciətləri dinlənilir və həlli istiqamətində müvafiq tapşırıqlar verilir. Bir ənənə şəklini almış fərdi qəbulların keçirilməsinin nəticəsidir ki, vətəndaşlar icra aparatına rahat şəkildə müraciət edə bilirlər.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatına müraciət etmiş Xanlıqlar kənd sakini Gümüşova Roza Məhəmməd qızını qonşusu Əliyev Məhəmməd Vəli oğlu ilə birlikdə fərdi şəkildə qəbul edib, onları narahat edən məsələni dinləyib.
Vətəndaşların yaşadıqları məhlədə içməli su ilə bağlı müraciətini diqqətlə dinləyən rayon rəhbəri qaldırılan məsələnin araşdırılmasını və yerində baxış keçirilməsini bildirib.