Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

30 avqust 2018 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.
Şəhər sakini, şəhər 3 saylı körpələr evi-uşaq bağçasında dayə işləyən Hüseynova Zəminə Rasim qızı bağçada müəllimə kimi işləməsini bildirib. Vətəndaşın müraciətini diqqətlə dinləyən rayon rəhbəri sənədlərini təqdim etməsini və boş yer yaranan zaman baxılacağını bildirib.
Daş Salahlı kənd sakini Bayramova Hənifə Bayram qızının işlə təmin olunması ilə bağlı müraciətinə cavab olaraq ixtisasına uyğun boş iş yeri olan zaman təmin olunacağı bildirilib.
Bala Çaylı kənd sakini İsmayılov Çoban Omar oğlu isə nəvəsinin evinin təmir olunması, qaz, işıq xətlərinin çəkilməsi və torpaq sahəsi ilə bağlı müraciət edib. Vətəndaşın bütün müraciətlərini diqqətlə dinləyən rayon rəhbəri qaz və işıq xəttinin çəkilməsi üçün köməklik göstəriləcəyini qeyd edib. Torpaq məsələsi ilə bağlı rəsmi qaydada müraciət etməsini tövsiyə edib.

Keçidlər