Şriftin ölçüsü :

Saytın rəngi :

2 saylı məktəbdə son tamamlanma işləri görülür

03 sentyabr 2018 | 16:00

Artıq 4 aydan çoxdur ki, məlumat verdiyimiz kimi, rayon rəhbərliyinin təşəbbüsü və Təhsil Nazirliyinin xətti ilə Qazaxda daha bir məktəbdə əsaslı tikinti işləri aparılır. Dahi şair Səməd Vurğunun adını daşıyan şəhər 2 nömrəli tam orta məktəbdə əsaslı tikinti işlərinə ilk gündən böyük sürətlə start verilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov məktəbdə görülən işlərlə yaxından tanış olub.
İş icraçısı Pərviz Qafarov məlumat verərək bildirib ki, aprel ayından başlayaraq aparılan əsaslı tikinti işləri sürətlə davam etdirilir. Qısa zaman kəsiyində istər məktəbin əsas binasında, istər sinif otaqlarında, istərsə də köhnə idman zalı, klub və bufetdə, arxada yerləşən yardımçı otaqlarda işlərin yüksək səviyyədə həyata keçirildiyini qeyd edib.
A, B və C korpuslarında görülən işlərlə yaxından tanış olan rayon rəhbəri işlərin sürətləndirilməsini və keyfiyyətlə aparılmasını tapşırıb.
Məlumat üçün onu bildirək ki, məktəbdə əsaslı təmir işləri ilə yanaşı, müasir standartlara cavab verən emalatxana, qazanxana, nasosxana və su anbarları da inşa olunub.

Keçidlər