Verilən tapşırıq və tövsiyələr öz müsbət həllini tapır
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilini Qazaxda olduğu kimi həyata keçirməsi, mütəmadi olaraq rayon sakinləri ilə görüşməsi, onları narahat edən məsələləri öz dillərindən eşitməsi vətəndaşlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Ötən həftə icra başçısının rayon Məhkəməsinə gələrək işçilərlə görüşməsi, onlar üçün yaradılan mövcud şəraitlə tanış olması, onlara müraciət edən vətəndaşlara göstərilən diqqət və qayğı ilə maraqlanması da bunu bir daha sübut edir.
Rayon Məhkəməsinin inzibati binası, iş şəraiti ilə ətraflı tanış olan zaman rayon rəhbəri vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi və şəraitin yaxşılaşıdırılması istiqamətində bəzi tapşırıqlar vermişdi.
Bu gün isə icra başçısı tərəfindən verilən tapşırıq və tövsiyələr öz müsbət həllini tapıb. Belə ki, binada təmir işlərinə başlanılıb.
Görülən işlərlə tanış olan rayon rəhbərinə məlumat verilib ki, vətəndaşlara daha yüksək şəraiti olan binada xidmət göstərilməsi üçün bütün imkanlar yaradılır. Ölkə başçısının vətəndaşların hüquqlarının qorunması ilə bağlı verdiyi çoxsaylı tapşırıq və tövsiyələrə uyğun olaraq müraciət edən hər bir vətəndaşa qayğı ilə yanaşılır, etdikləri bütün məsələlərə maksimum dərəcədə köməklik göstərilir.