Şriftin ölçüsü :

Saytın rəngi :

Mülki müdafiə üzrə metodiki toplantı keçirilib

12 sentyabr 2018 | 16:00

Qazaxda Mülki müdafiə üzrə metodiki toplantı keçirilib. Gənclər Mərkəzində keçirilən toplantıda Rayon İcra Hakimiyyəti başçısı aparatında sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov, Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə Regional Mərkəzi MM idarəsinin mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi, polkovnik Məhəmməd Tağıyev, regional şöbənin baş zabiti, mayor Bəhayi Nəsirov, baş məsləhətçi Səhman Hacıyev, rayon Təhsil şöbəsinin metodisti Orxan Əliyev, rayon mərkəzi xəstəxanasında həkim-travmatoloq Nəsibə Mustafayeva, rayonun ümumtəhsil məktəblərinin II, V və VI sinif rəhbərləri iştirak ediblər.
A.Hümbətov tədbiri giriş sözü ilə açaraq keçirilən toplantının məqsədindən, mülki müdafiənin rolu və vəzifələrindən, rayonda görülmüş işlər və qarşıda duran vəzifələrdən danışıb. Tədbir iştirakçılarının diqqətini qarşıya qoyulan problemin hərtərəfli öyrənilməsinə və həllinə yönəldib.
Şöbə rəisi, polkovnik M.Tağıyev “Fövqəladə Hallar Nazirliyinin əhalinin mühafizəsində rolu, mülki müdafiənin məqsədləri və vəzifələri, mülki müdafiənin təbliğində müəllimlərin rolu“ mövzusunda geniş məruzə ilə çıxış edib.
Şöbənin baş zabiti, mayor Bəhayi Nəsirov, baş məsləhətçi Səhman Hacıyev, Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi, Əməkdar müəllim Xatın Hüseynxanova, həkim-travmatoloq Nəsibə Mustafayeva çıxış edərək mülki müdafiə ilə bağlı məlumatlar veriblər. Məktəblilərin maarifləndirilməsi istiqamətində bu cür toplantıların keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
Tədbirdə iştirak edən 199 nəfər rayonun ümumtəhsil məktəblərinin II, V və VI sinif rəhbərlərini maraqlandıran suallar ətraflı cavablandırılıb, fövqəladə hallarla bağlı slayd materialları və videoçarxlar nümayiş olunub. İştirak edən sinif rəhbərlərinə şagirdlərlə keçirilən mülki müdafiə üzrə dərslərin proqramı çatdırılıb, lazımi tövsiyələr verilib.
Tədbirin sonunda mülki müdafiə ilə bağlı keçirilən belə maarifləndirici tədbirlərin böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Keçidlər