Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda ağac əkini kompaniyasına başlanılmışdır

05 noyabr 2014 | 16:00

Son illər  Qazax rayonunda ağac əkini, yeni yaşıllıqların salınması ənənə halını almış və  cari ilin payız mövsümündə rayonda yeni ağac əkini kompaniyasına başlanılmışdır.  Bundan ötrü, əvvəlcədən geniş hazırlıq işləri aparılmış, yeni tinglər və ağac kolları əldə olunmuş və çalalar qazılmışdır. Rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlar, bələdiyyələr və rayon sakinləri bu işə cəlb olunmuşlar. Nəticədə ağac əkini kompaniyasına  yüksək fəallıq və mütəşəkkillik şəraitində başlanılmışdır.  Rayonda payız mövsümündə    12 min yeni ağacın əkilməsi nəzərdə tutulmuşdur.

Keçidlər