Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı bağçalara baxış keçirib

17 sentyabr 2018 | 16:00

Qazax rayonunda azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunması üçün yaradılan şərait həmişə diqqət mərkəzində saxlanılır. Bunu rayonda yeni uşaq bağçalarının tikilməsindən, əsaslı şəkildə təmir olunaraq yenidən qurulmasından, müasir inventar və avadanlıqlarla təmin edilməsindən aydın şəkildə görmək olar.
Bu gün Qazax rayonunda 25 bağça fəaliyyət göstərir ki, onlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası, şəhər bağçalarından 1,2, 3, 4 və 5 saylı körpələr evi-uşaq bağçaları, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları tikilmiş və əsaslı təmir olunan bağçalar sırasındadır. 
Bundan əlavə, rayonda daha iki bağçanın – şəhər 6 saylı və İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçalarının da əsaslı şəkildə yenidən qurulması bu sahədə görüən işlərin uğurla davam etdirilməsi deməkdir.
Sevindirci hal odur ki, bu gün bağçalarda yaradılan şəraitlə yanaşı, uşaqların keyfiyyətli ərzaq təminatı ilə təmin olunması və körpələrə göstərilən qayğı da daim diqqət mərkəzindədir.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun mütəmadi olaraq rayonda fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarına baş çəkməsi, uşaqlara göstərilən qayğı ilə yerində tanış olması bunun bariz nümunəsidir.
Bu gün icra başçısı daha iki bağçada – bir ay əvvəl yeni istifadəyə verilən şəhər 3 saylı körpələr evi-uşaq bağçası və hal-hazırda əsaslı şəkildə yenidən qurulan 6 saylı körpələr evi-uşaq bağçasının müvəqqəti yerləşdiyi binada olub.
Körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatı və bişirilən yeməklərin keyfiyyəti ilə maraqlanıb. Yataq otaqlarına, mətbəxə, oyun otaqlarına, musiqi otağına baxıb. Lazımi tapşırıq və tövsiyələrini verib.
Bağça müdirləri və işçilər ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə kollektiv adından öz dərin minnətdarlıqlarını bildiriblər.
Rəhbər kimi təyin olunduğu ilk gündən körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar. Bağçada uşaqların yüksək şəraitdə tərbiyə almaları üçün lazım olan bütün infrastrukturların yaradıldığını qeyd ediblər.

Keçidlər