Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı sərhəddə yaşayan sakinlərin qayğıları ilə maraqlanıb

16 sentyabr 2018 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər kimi fəaliyyətə başladığı ilk gündən düşmənlə sərhəddə yerləşən kəndləri və orada yaşayan sakinləri daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin sərhəd bölgəsində yerləşən Məzəm və Quşçu Ayrım kəndlərində yaşayan kənd camaatına qayğı ilə yanaşması, qarşılaşdıqları problem və çatışmazlıqları yerindəcə həll etməsi, ən əsası da onlarla mütəmadi olaraq görüşlər keçirməsi bunu bir daha sübut edir. Məhz bu qayğının nəticəsidir ki, sakinlərin istər yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması istiqamətində əhəmiyyətli işlər görülür.
Rayon rəhbəri bu gün də Məzəm və Quşçu Ayrım kəndlərində olub, sakinləri narahat edən məsələləri dinləyib.
Rayonda görülən genişmiqyaslı işlərdən, istər kənd təsərrüfatı sahəsində, istərsə də vətəndaşların sosial təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən söz açıb. Digər kəndlərlə yanaşı, sərhəddə yerləşən Məzəm və Quşçu Ayım kəndlərinin daha çox diqqət və qayğıya ehtiyac olduğunu bildirib. Respublika Prezidenti İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilinin 2 il 4 ay ərzində Qazaxda olduğu kimi icra edildiyini qeyd edib. Bundan sonra da sərhəddə yaşayan sakinlərə daim qayğı ilə yanaşılacağını çatdırıb.
Quşçu Ayrım kənd sakinlərindən Qədim Məmmədov, Lətif Dünyamalıyev, İbrahimxəlil İsgəndərov, Məzəm kənd sakini Nəsib İsmayılov və başqaları çıxış edərək sərhəd kəndində yaşayan sakinlərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Onlara göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar. Rayon rəhbərinin hər dəfə görüşə gəlməsini, qayğıları ilə maraqlanmasını yüksək qiymətləndiriblər.
Sakinlər onları narahat edən qayğılardan da söz açıblar. Sakinlər tərəfindən səsləndirilən məhləarası yolun xırlanması, suvarma suyunun yaxşılaşdırılması, optik kabelin və internet xəttinin çəkilməsi, feldşer-mama məntəqəsinin tibb bacısı və sanitar maşını ilə təmin olunması barədə müraciətləri diqqətlə dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə diqqətlə yanaşılacağını bildirib və aidiyyəti üzrə tapşırıqlar verib.

Keçidlər