Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda aşıq sənətinə daim diqqət yetirilir

25 sentyabr 2018 | 16:00

Bu gün böyük tikinti meydançasını xatırladan Qazax rayonunda digər sahələrlə yanaşı, mədəniyyət sahəsinə də xüsusi diqqət və qayğı göstərilir. Fəaliyyətə başladığı ilk gündən rayon rəhbərliyi tərəfindən tarixi şəxsiyyətlərin, şairlərin, yazıçıların, saz, söz adamlarının doğum və anım günlərinin keçirilməsi, tarixi günlərin yüksək səviyyədə qeyd olunması, onların xatirəsinə ucaldılmış abidə və büstlərinin yenidən bərpa olunması bunun bariz nümunəsidir. Bu yaxınlarda Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun möhtəşəm qəbirüstü abidəsinin qoyulması və ildönümünün yüksək səviyyədə qeyd olunması bunu bir daha əyani şəkildə sübut etdi.
Ötən yazılarımızda isə icra başçısı Rəcəb Babaşovun tapşırığına əsasən Azərbaycanın ustad Aşıqlarından Ələsgərin şəhərin mərkəzində yerləşən büstünün restavrasiya olunması, Aşıq Şəmşirin isə yeni büstünün qoyulması və ətrafının abadlaşdırılması barədə məlumat vermişdik. Hazırda bu istiqamətdə məqsədyönlü işlərin görülməsinə başlanılıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov büstlərin qoyulacağı yerdə görülməsi nəzərdə tutulan işlərlə tanış olub, tapşırıq və tövsiyələrini verib.

Keçidlər