Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Mən fəxr edirəm ki,mən azərbaycanlıyam” mövzusunda Dəyirmi Masa keçirilmişdir

12 noyabr 2014 | 16:00

Qazax rayonundakı Ədəbiyyat Muzeyində Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Mən fəxr edirəm ki,mən azərbaycanlıyam” mövzusunda  dəyirmi masa keçirilmişdir. Tədbirə rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, fəal gənclər , QHT , KİV və ictimaiyyət nümyəndələri dəvət olunmuşlar. Tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru  Azad  Məmmədov, həmin mərkəzin əməkdaşı Bağır Bağırov iştirak edirdilər.  Tədbir  Heydər Əliyev adına parkda Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyulması və Ulu Öndərin əziz xatirəsinin anılması ilə başlamışdır.  Sonra Qazaxda yerləşən rus pravoslav kilsəsi ziyarət olunmuşdur.
Dəyirmi masanı giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov açmış, Beynəlxalq Tolerantlıq Günü və Azərbaycanın bütün dünyada dini tolerant ölkə olması haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirmişdir ki, azərbaycan xalqının müasir tarixinin böyük bir hissəsi dünya şöhrətli siyasi xadim, müdrik şəxsiyyət Heydər Əliyevin nurlu adı, misilsiz fəaliyyəti ilə bağlıdır. Ulu Öndər bütün şüurlu həyatını doğma xalqına,  vətəninin tərəqqisi naminə sərf etmişdir. Xalqımızın böyük oğlunun daxili və xarici siyasəti bu gün milli dövlətçiliyimizin, müstəqilliymizin, mənəvi dəyərlərimizin və tolerant ölkə olmağımızın qarantıdır. “Mən  həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu sözlər Ümummilli Lider  dünya azərbaycanlılarının lideri, dünya şöhrətli, ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevə məxsusdur. Ulu Öndərimizin bu müdrik kəlamı əslində Azərbaycana, xalqımıza və milli-mənəvi dəyərimizə verilən çox yüksək qiymətdir.
Bu gün Ulu Öndərin estafetinin,  siyasi  kursunun layiqli davamçısı Prezident İlham Əliyev vətənpərvər, dünyəvi təfəkkürü ilə Azərbaycanı yüksək mədəniyyətli, mənəviyyatlı diyara çevirmək yolundadır. Müstəqil dövlətimiz artıq dünya birliyində söz sahibinə çevrilib.
Bu gün Azərbaycanda yürüdülən siyasətin milli mahiyyəti və prinsipiallığı, çevikliyi, bütün inkişafı milli-mənəvi potensial üzərində qurulmağında təzahür edir. Çünki bütün bunlar tarixi şəxsiyyət Heydər Əliyevin müəyyən etdiyi milli-mənəvi yüksəlişin prinsiplərindən qaynaqlanır.
Hər il dekabrın 12-si  Böyük Azərbaycanlı Heydər Əliyevin anım günüdür. Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqilliyimizin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin Fəxri Xiyabandakı  müqəddəs məzarı xalqımızın ziyarətgahına çevrilib.  Milyonlarla insan ulu öndərin məzarı önündə baş əyərək  bugünkü xoşbəxt, firavan günə və Azərbaycanın dünya miqyasında qazandığı uğurlara görə ona minnətdar olduqlarını bildirir.
Sonra BBMM-nin icraçı direktoru  Azad  Məmmədov, həmin mərkəzin əməkdaşı Bağır Bağırov, rayon Təhsil şöbəsinin müdiri Əhməd Dərgahquluyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Qazax şəhər 1 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Bəsti Ələkbərova, Rayon Sığorta Agentliyinin rəisi Mübariz Abdullayev və QHT sədri Xasay Balayev çıxış etmişlər. Onlar milli-mənəvi dəyərlərimizlə, azərbaycanın bütün dünyada tolerant ölkə olması ilə bağlı maraqlı fikirlər söyləmişlər.

Keçidlər