Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitusiya Günü münasibətilə tədbir keçirilmişdir

12 noyabr 2014 | 16:00

Qazax rayonunda 12 noyabr - Konstitusiya günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə, təşkilat rəhbərləri, QHT, KİV və ictimaiyyət nümayəndlələri iştirak etmişdir. 
Tədbiri Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdalıyev açmış, RİHB-nın müavini Gülayə Həsənova məruzə ilə çıxış etmişdir. Bildirılmişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Bunun üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılmışdır. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur. Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.
Tədbirdə Konstitusiyanın aliliyindən, xalq və dövlət üçün zəruri olmasından söz açılmışdır. Belə bir fikir vurğulanmışdır ki, Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında demokratik quruluşlu dövlətimizin bütün sahələrini əks etdirən mənəvi və humanist ideyalar, dövlət və xalq üçün lazım olan bütün hüquq və azadlıqlar qanun şəklində öz əksini tapmışdır.
Konstitusiyanın qəbulu cəmiyyətin və dövlətin həyatında demokratik dəyişikliklərə yol açmış, insan hüquq və azadlıqlarının qorunması üçün əlverişli şərait yaratmaqla həyatın bütün sahələrinin inkişafına təkan vermişdir. Əsas Qanunun qəbul edilməsindən sonra ölkəmizdə bütün sahələri əhatə edən genişmiqyaslı islahatlar nəticəsində böyük inkişaf və tərəqqiyə nail olunmuşdur.
Tədbirdə Qazax rayon qeydiyyat şöbəsinin rəisi Tükəzban İbrahimova, AMİ-nin baş müəllimi Mübariz Süleymanov və başqaları çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyası haqqında danışmışlar.

Keçidlər