Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.
Kəmərli kənd sakini, şəhid atası Bəbirov Ələddin Hümbət oğlu və Kosalar kənd sakini Musazadə Aynur Nofəl qızı evlərinin təmirinə köməklik göstərilməsini xahiş edib. Vətəndaşların istəyini diqqətlə dinləyən rayon rəhbəri köməklik edilməsi üçün aidiyyəti üzrə tapşırıq verib.
Hüseynbəyli kənd sakini Həsənov Seymur Bəşir oğlu və Kəmərli kənd sakini Dursunov Adıgözəl Məmməd oğlu işlə təmin olunmalarına köməklik göstərilməsi barədə müraciət ediblər. İcra başçısı boş yer yarandığı zaman vətəndaşların müraciətlərinə baxılacağını qeyd edib.
Şəhər sakini, İ.Qayıbov adına şəhər 3 saylı tam orta məktəbin direktor müavini Həsənov Süleyman Yasin oğlunun dərs bölgüsü ilə bağlı müraciətinə cavab olaraq Təhsil şöbəsinə rəsmi qaydada müraciət etməsi tövsiyə olunub.
Şəhər sakini, Qarabağ müharibəsi veteranı Pirverdiyev Zaur Həsən oğlunun və Ağköynək kənd sakini Rəhimova Səlminaz Məmməd qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.