“Vətənpərvərlik dini radikalizmə qarşı mübarizədə güclü vasitədir” mövzusunda maarifləndirici tədbir keçirilib
Bu gün Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəbində “Vətənpərvərlik dini radikalizmə qarşı mübarizədə güclü vasitədir” mövzusunda maarifləndirici tədbir-toplantı görüş keçirilib.
Tədbirdə sinif rəhbərləri, müəllimlərlə yanaşı, məktəbin yuxarı sinif şagirdləri də iştirak edib.
Tədbirdə iştirak edən Qazax RİHB aparatında şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov, rayon prokurorurun müavini Qasım Ağayev, DTX-nin Qazax rayon şöbəsinin baş əməliyyatçısı Əli Zeynalov, rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin baş inspektoru Amil Budaqov, Təhsil şöbəsinin aparıcı məsləhətçisi Donara Həsənova, məktəbin direktoru Səfurə Rəhimova və başqaları çıxış ediblər.
Çıxışlar zamanı müxtəlif dini cərəyanların yaranma tarixindən, zərərli dini cərəyanların təbliğat metodlarından bəhs olunub. Qeyd olunub ki, gənclərin belə zərərli dini cərəyanların təsirinə düşməməsi üçün rayonumuzda mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir. Həmçinin bildirilib ki, milli-mənəvi dəyərlərimizin qorunması, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılır. Görülmüş bu işlərin nəticəsidir ki, gənc nəsildə Vətənə məhəbbət hissi getdikcə daha da artır və bununla yanaşı, qeyri-ənənəvi dini təriqətlərə maraq azalır.