2 saylı məktəbdə son tamamlanma işləri görülür
Məlumat verdiyimiz kimi, rayon rəhbərliyinin təşəbbüsü və Təhsil Nazirliyinin xətti ilə Qazaxda daha bir məktəbdə əsaslı tikinti işləri aparılır. Xalq şairi Səməd Vurğunun adını daşıyan şəhər 2 nömrəli tam orta məktəbdə əsaslı tikinti işlərinə ilk gündən böyük sürətlə start verilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov məktəbdə görülən işlərlə yaxından tanış olub.
Məktəbin əsas binasında, A, B, C korpuslarında, sinif otaqlarında, köhnə idman zalı, klub və bufetdə, arxada yerləşən yardımçı otaqlarda işlər yüksək səviyyədə həyata keçirilib. Məktəb binası ilə yanaşı, həyətdə də tikinti işləri aparılıb. Hazırda məktəbin həyətinə tamet döşənir, hasar çəkilir və aqlay vurulur. Görülən işlərlə yaxından tanış olan rayon rəhbəri işlərin sürətləndirilməsini və keyfiyyətlə aparılmasını tapşırıb.
Məlumat üçün bildirək ki, məktəbdə əsaslı təmir işləri ilə yanaşı, müasir standartlara cavab verən emalatxana, qazanxana, nasosxana və su anbarları da inşa olunub.