Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi uğurla davam etdirilir

08 oktyabr 2018 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azadlıq küçəsi 92 ünvanında yerləşən və dam örtüyü dəyişdiriləcək daha bir bina ilə tanış olub. 4 bloklu, 5 mərtəbəli, 36 ailənin yaşadığı binanın bloklarındakı mövcud vəziyyətlə maraqlanıb.
Sonra binanın həyətində sakinlərlə görüşən icra başçısı rayonda təmir olunan digər binalar kimi, bu binanın da əsaslı şəkildə təmir olunacağını qeyd edib. Əvvəlcə dam örtüyünün dəyişdiriləcəyini bildirən rayon rəhbəri binanın bloklarında və həyətində də abadlıq işlərinin aparılacağını qeyd edib.
Bina sakinləri çıxış edərək respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Qazax rayonunda aparılan abadlıq və quruculuq işlərini, xüsusilə də çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir olunmasını yüksək qiymətləndiriblər. Ölkə başçısının imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncama əsasən ötən il 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsini, bu il isə daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinin aparılmasını minnətdarlıq hissi ilə qarşılayıblar. Rayon rəhbərliyinin tapşırığına əsasən təmiri nəzərdə tutulan həmin binalardan 74-nün, eləcə də yaşadıqları binanın dam örtüyünün dəyişdirilməsinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar. Ölkə başçısının respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamını minnətdarlıq hissi ilə qarşılayan bina sakinləri bu Sərəncamın onlar üçün əsl töhfə olduğunu bildiriblər.
Məlumat üçün bildirək ki, bu il təmiri nəzərdə tutulan çoxmənzilli yaşayış binalarından 20-si tam hazırdır. "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı, "Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində yerləşən hər biri 4 blokdan, 50 mənzildən ibarət olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binaları, Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli, 3 bloklu, 37 mənzilli 61A nömrəli, 3 mərtəbəli, 2 bloklu, 18 mənzilli 63 nömrəli və 4 mərtəbəli, 4 bloklu, 36 mənzilli 65 nömrəli yaşayış binaları həmin təmirli binalar sırasındadır.

 

 

Keçidlər