Şriftin ölçüsü :

Saytın rəngi :

Dəyirmi masa keçirilmişdir

18 noyabr 2014 | 16:00

“Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”na dair  dəyirmi masa keçirilmişdir. Tədbirə idarə, müəssisə və təşkilatlardan aidiyyatı üzrə nümayəndələr dəvət olunmuşdur.
Tədbiri giriş sözü ilə Qazax Rayon Məşğulluq Mərkəzinin direktoru Elçin Nəsibov açmış, tədbirin maarifləndirmə xarakterli olması, Məşğulluq Mərkəzi tərəfindən göstərilən xidmətlər, vətəndaşlara münasib iş yerlərinin axtarılmasında köməklik göstərilməsi və digər məsələlər barədə danışmışdır.
Mərkəzin baş məsləhətçisi Xuraman Hacıyeva kvota və imtiyazlı təbəqələr, kvotanın necə müəyyən edilməsi, kimlərə şamil olunması barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Mərkəzin baş məsləhətçisi Aqil Əmrahov hesabat formalarının vaxtında və düzgün hazırlanması və  MM-ə təqdim edilməsi haqqında danışmışdır.
Sonda tədbir iştirakçıları ilə maarifləndirmə xarakterli söhbətlər və qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Keçidlər