Yeni inzibati binanın açılışı olmuşdur
Qazaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin əsaslı təmirdən sonra istifadəyə verilmiş yeni inzibati binasının açılışı olmuşdur.
Açılış mərasimində Qazax rayon İcra Hakimiyyətinin rəhbərliyi, Çağırış Üzrə Dövlət Xidməti rəisinin müavini, rayondakı hərbi hissə komandirləri, hüquq mühavizə orqanlarının rəhbərləri,müharibə veteranları,ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Çağırış Üzrə Dövlət Xidməti rəisinin müavini,Çağırışaqədərki Hazırlıq İdarəsinin rəisi, polkovnik Rövşən Əlvəndov açaraq Azərbaycan Respublikasının prezidenti, ali baş komandan İlham Əliyev cənabları tərəfindən ölkəmizdə ordu quruculuğuna göstərilən diqqət və qayğıdan danışmış,son illərdə bu istiqamətdə həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.
Rayon icra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov öz çıxışında yeni bina münasibəti ilə xidmətin rayon şöbəsinin rəhbərliyini ,şəxsi heyətini təbrik etmiş onlara öz işlərində uğurlar və şəxsi həyatlarında möhkəm can sağlığı arzulamışdır.Sonra ölkəmizdə və eləcədə Qazax rayonunda ordu quruculuğu,sosial – iqtisadi inkişaf sahəsində əldə olunmuş uğurlar və qazanılmış nailiyətlər barədə geniş məlumat vermişdir.Bildirmişdir ki,bu gün iqtisadiyyatımız və ordumuz güclüdür.Ölkəmiz buna Ulu öndər Heydər Əliyevin hərbi siyasət və ordu quruculuğu strategiyasının möhtərəm prezidentimiz, ali baş komandan İlham Əliyev cənabları tərəfindən uğurla və məqsədyönlü şəkildə həyata keçirilməsi nəticəsində nail olmuşdur.Son illər ordu quruculuğuna dövlət tərəfindən göstərilən diqqət və qayğı hamının gözü qarşısındadır.Deyilənlərə bu gün açılışında iştirak etdiyimiz ,dünya standartlarına cavab verən bu yeni inzibat bina da əyani sübutdur.Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri düşmənin istənilən təxribatının qarşısını almağa və torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Xidmətin rayon şöbəsinin rəisi vəzifəsini icra edən, mayor Vüqar Mirzəyev çıxışında bütövlükdə ordumuza, eləcə də onlara göstərilən diqqət və qayğıya, belə gözəl yeni inzibati binaya görə dövlətimizə, ölkə prezidenti, ali baş komandan İlham Əliyev cənablarına dərin minnətdarlığını bildirmişdir.