Vətəndaş fərdi şəkildə qəbul edilib
19 oktyabr 2018 | 16:00
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün Aslanbəyli kənd sakini Nəsibova Ülviyyə Vahid qızını ərizəsinə əsasən fərdi şəkildə qəbul edib, müraciətini dinləyib. O, müraciətində ünvanlı sosial yardım və işlə təmin olunmasına köməklik göstərilməsini qeyd edib.
Vətəndaşın müraciətini diqqətlə dinləyən rayon rəhbəri birinci məsələ ilə bağlı sənədlərini toplayaraq aidiyyəti üzrə müraciət etməsini bildirib. Vətəndaşın işlə bağlı müraciətinə cavab olaraq təsərrüfatda işləməsi təklif olunub.