Dahi şair S.Vurğunun adını daşıyan 2 nömrəli məktəbdə işlər yekunlaşmaq üzrədir
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayon rəhbərliyinin təşəbbüsü və Təhsil Nazirliyinin xətti ilə əsaslı tikinti işləri aparılan, dahi şair Səməd Vurğunun adını daşıyan şəhər 2 nömrəli tam orta məktəbdə görülən işlərlə tanış olub.
İş icraçısı Pərviz Qafarov görülən işlər barədə məlumat verərək bildirib ki, məktəbdə işlərə ilk gündən böyük sürətlə start verilib. Məktəbin əsas binasında, A, B, C korpuslarında, sinif otaqlarında, köhnə idman zalı, klub və bufetdə, arxada yerləşən yardımçı otaqlarda işlərin yüksək səviyyədə həyata keçirildiyini qeyd edib. Məktəb binası ilə yanaşı, həyətdə də tikinti işlərinin aparıldığını bildirib. Hazırda məktəbin həyətinə tamet döşəndiyini və bu işin yekunlaşmaq üzrə olduğunu bildirib. Binanın həyətində dahi şair Səməd Vurğunun büstünün qoyulması üçün hazırlıq işlərinin aparıldığını qeyd edib.
Məlumat üçün qeyd edək ki, məktəbdə əsaslı təmir işləri ilə yanaşı, müasir standartlara cavab verən emalatxana, qazanxana, nasosxana və su anbarlarının da inşa olunub.
Məktəbin direktoru Murğuz Mustafayev rayonumuzda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinə, təhsil sahəsinə, müəllimlərə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə bütün müəllimlər adından öz dərin minnətdarlığını çatdırıb. Fəaliyyətə başladığı ilk gündən rayon təhsilinin inkişaf etdirilməsi üçün hər zaman öz qayğısını əsirgəməyən rayon rəhbərliyinə sonsuz təşəkkürlərini ifadə edib.