Qazaxda əmək yarmarkası keçiriləcək
Respublika Prezidenti İlham Əliyevin 15 noyabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı”nda işsizlər üçün yeni məsləhət xidmətlərinin həyata keçirilməsi, əmək birjalarının fəaliyyətinin təkmilləşdirilməsi, əmək yarmarkalarının keçirilməsi öz əksini tapır.
“Dövlət Proqramı”nın icrası məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 2017-ci il tarixli, 9-21/191 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2018-ci il üçün Ərazi Məşğulluq Proqramında əmək yarmarkasının keçirilməsi nəzərdə tutulmuşdur.
Bununla əlaqədar Qazax rayon Məşğulluq Mərkəzində 25 oktyabr 2018-ci il tarixdə əmək yarmarkası keçiriləcəkdir. Yarmarka saat 11:00-da rayon Məşğulluq Mərkəzində təşkil olunacaqdır.
Məlumat üçün bildirək ki, əmək yarmarkasına rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilat üzrə boş iş yerləri çıxarılacaqdır. İştirak etmək istəyən rayon sakinləri qeyd olunan vaxtda mərkəzə müraciət edə bilərlər.