Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.
Yuxarı Əskipara kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Həsənov Hafiz Zinhar oğlu müraciətində işıq xəttinin bərpa olunmasına köməklik göstərilməsini bildirib. Vətəndaşı diqqətlə dinləyən rayon rəhbəri qaldırılan məsələnin həll olunması üçün aidiyyəti üzrə tapşırıq verib.
Şəhər sakini Rəsulov Hidayət Dursun oğlunun, Xanlıqlar kənd sakini Adigözəlova Şahnaz Balay qızının, Kosalar kənd sakini Hüseynova Nailə Qara qızının, Ağköynək kənd sakini Hacıalıyeva Tərgül Musa qızının, Ağstafa rayon sakini Vəliyeva Nəhayət Çərkəz qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.