Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı 2 nömrəli məktəbdə görülən işlərlə tanış olub

01 noyabr 2018 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynovla birlikdə dahi şair Səməd Vurğunun adını daşıyan şəhər 2 nömrəli tam orta məktəbdə görülən işlərlə tanış olub.
İş icraçısı Pərviz Qafarov görülən işlər barədə məlumat verərək bildirib ki, rayon rəhbərliyinin təşəbbüsü və Təhsil Nazirliyinin xətti ilə əsaslı tikinti işləri aparılan məktəbdə işlərə ilk gündən böyük sürətlə start verilib. Məktəbin əsas binasında, A, B, C korpuslarında, sinif otaqlarında, köhnə idman zalı, klub və bufetdə, arxada yerləşən yardımçı otaqlarda işlərin yüksək səviyyədə həyata keçirildiyini qeyd edib. Məktəb binası ilə yanaşı, həyətdə də tikinti işlərinin aparıldığını bildirib. Hazırda məktəbin həyətinə tamet döşəndiyini və bu işin yekunlaşmaq üzrə olduğunu bildirib. Binanın həyətində dahi şair Səməd Vurğunun büstünün qoyulması üçün hazırlıq işlərinin aparıldığını qeyd edib.
Məlumat üçün qeyd edək ki, məktəbdə əsaslı təmir işləri ilə yanaşı, müasir standartlara cavab verən emalatxana, qazanxana, nasosxana və su anbarlarının da inşa olunub.
Məktəbin direktoru Murğuz Mustafayev müəllim-şagird kollektivi barədə məlumat verib. Qeyd edib ki, məktəbdə Azərbaycan və rus bölmələri üzrə tədris aparılır. 964 şagird yerlik məktəbdə 45 sinif otağı vardır. 34 sinif komplektində şagirdlərə dərs keçirilir. Həmin siniflərdən 23-ü Azərbaycan, 11-i rus bölməsi üzrədir. Hazırda məktəbdə 641 nəfər şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 76 müəllim məşğul olur. Bundan əlavə, 6 nəfər rəhbər heyət və 27 texniki işçi çalışır. Azərbaycan bölməsində 2 birinci, 1 doqquzuncu və 2 onbirinci sinif var. Rus bölməsində isə birinci, doqquzuncu və onbirinci siniflərin sayı 1-dir. Bundan başqa, 5 yaşlı hazırlıq qrupunda 51 uşaq elmin sirlərinə yiyələnir.
Məktəb direktoru rayonumuzda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinə, təhsil sahəsinə, müəllimlərə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə bütün müəllimlər adından öz dərin minnətdarlığını çatdırıb. Fəaliyyətə başladığı ilk gündən rayon təhsilinin inkişaf etdirilməsi üçün hər zaman öz qayğısını əsirgəməyən rayon rəhbərliyinə sonsuz təşəkkürlərini ifadə edib.

Keçidlər