Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda suvarma arx və kanallarının təmizlənməsinə başlanılıb

01 noyabr 2018 | 16:00

Kənd təsərrüfatının inkişafının, məhsuldarlığın artırılmasının əsas şərtlərindən biri də bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən hər il suvarma  arxları və kanalları təmir olunur, kol-kosdan və lildən təmizlənir. 2017-ci ildə 269,71 km arx və kanalların təmizlənməsi nəzərdə tutulduğu halda 274,78 km məsafədə təmizlənmə işi aparılmışdır. 2018-ci ildə də 261,19 km məsafəyə qarşı 302,44 km arx və kanallarda təmizlik işləri görülmüşdür. 2019-cu ildə də 266,58 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Lakin əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə bu rəqəmin də artacağı gözlənilir.
Payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması məqsədilə suvarma arx və kanallarının təmizlənməsinə başlanılıb. Bu gündən start götürən təmizlik işləri uğurla davam etdirilir. Belə ki, bu gün ümumi rayon üzrə təmizlənməsi nəzərdə tutulan 266,58 km-in 3,85 km-i təmizlənib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynovla birlikdə bu gün Çaylı kəndində olub, arxlarda aparılan təmizlik işləri ilə yaxından maraqlanıb.
Bildirilib ki, Çaylı kəndi üzrə 25,1 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Artıq bu gün qeyd olunan məsafədən 400 m-i texnika vasitəsilə təmizlənib.
Qeyd olunub ki, istər ötən il, istərsə də bu ilin yazında aparılan bu təmizlik işləri nəticəsində həm suyun ötürücülük gücü artıb, həm də su itkisinin qarşısı alınıb. Ümumilikdə, kənd təsərrüfatının su ilə təmin olunması nəticəsində isə əkin sahələri bir neçə dəfə artmış, məhsuldarlıq da eyni səviyyədə çoxalmışdır.

Keçidlər