Şriftin ölçüsü :

Saytın rəngi :

Məlumatlandırma seminarı keçirilmişdir

15 dekabr 2014 | 16:00

Məlum olduğu kimi, Azərbaycan Hökuməti tərəfindən  maliyyələşdirilən Azərbaycanda Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi çərçivəsində“Sosial Tərəqqi” İctimai Birliyi 08-15 dekabr 2014-cü il tarixlərində Gəncə-Qazax iqtisadi regionuna daxil olan rayonlarda  İctimai Şuraların yaradılması üzrə məlumatlandırma seminarları keçirmişdir. Belə seminarlardan biri də Qazax rayonunda təşkil olunmuşdur. Tədbirin keçirilməsində əsas məqsəd qərarvermə prosesində mövcud ictimai iştirakçılıq haqqında məlumatlılığın daha da artırılması olmuşdur.
Seminarda  bu il qüvvəyə minən Azərbaycan Respublikasının İctimai İştirakçılıq haqqında Qanununun tətbiqi məsələlərinə xüsusi diqqət yetirilmişdir.Seminarı giriş sözü ilə Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova açmış və “Sosial Tərəqqi” İctimai Birliyinin sədri Qalib Nəbiyev ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş dövlət siyasəti, “İctimai İştirakçılıq” haqqında Qanunun qəbulu və bu Qanundan irəli gələrək yaradılacaq İctimai Şuraların əhəmiyyəti barədə seminar iştirakçılarına ətraflı məlumatlar vermişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, ekspert Sahib Məmmədov ictimai iştirakçılığı təmin edən hüquqi mexanizmlər üzrə ən yaxşı yerli və beynəlxalq təcrübənin təqdimatını və müzakirəsini keçirmişdir. "İctimai İştirakçılıq" haqqında Qanunun qəbulunu və onun ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən icraya yönəldilməsini Azərbaycan vətəndaşlarının dövlət idarəçiliyində və qərar qəbulunda fəal iştirakının təmin edilməsi baxımından çox mühüm  hadisə olduğu qeyd edilmişdir.  O, Azərbaycan hökumətinin bu addımını indiyə qədər ölkədə həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin davamı və dövlət - vətəndaş münasibətlərinin inkişafında növbəti, keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmişdir.
Bununla seminar öz işini başa çatdırmışdır.

Keçidlər