Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, onların müraciətlərini dinləyib.
Kosalar kənd sakini, şəhid anası Əsgərova Raya Abuzər qızının şəhid olmuş oğlu Əsgərov Kərim Qinyaz oğluna veriləcək birdəfəlik ödəmə ilə bağlı müraciətini dinləyən icra başçısı qaldırılan məsələyə diqqətlə yanaşılacağını bildirib. Araşdırılması üçün aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunub.
Xanlıqlar kənd sakini, I qrup Qarabağ müharibəsi əlili Xankişiyeva Əsli Məmməd qızının nəvəsinin işlə təmin olunmasına köməklik edilməsi ilə bağlı müraciətini dinləyən rayon rəhbəri ixtisasına uyğun olaraq dövlət qulluğuna imtahanda iştirak etməsini təklif edib.
Şəhər sakini Hacıyeva Solmaz Mamed qızının işlə bağlı müraciəti də müsbət həll olunub. Vətəndaşın işlə təmin olunması ilə bağlı aidiyyəti üzrə tapşırıq verilib.
İkinci Şıxlı kənd sakini, II qrup gözdən əlil Süleymanov Elgün Şahid oğlu ünvanlı sosial yardımla təmin olunmasına, Bala Çaylı kənd sakini Məmmədova Leylifər Mirzalı qızı isə oğlunun xəstəliyi ilə bağlı əlillik dərəcəsinin alınmasına köməklik edilməsini xahiş ediblər. Vətəndaşları diqqətlə dinləyən rayon rəhbəri qaldırılan məsələlərlə bağlı aidiyyəti üzrə müraciət etmələrini qeyd edib.
Kosalar kənd sakini Qasımov Adil Bayraməli oğlunun, Yuxarı Salahlı kənd sakini Rüstəmov Ramazan Muxtar oğlunun, Yuxarı Əskipara kənd sakini Tağıyev Ramin Vaqif oğlunun, Xanlıqlar kənd sakini, III qrup əlil Daşdəmirov İlqar Mərkəz oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.