Qazaxlı məktəblilər cənub bölgəsində
“Ölkəmizi tabıyaq” tur-aksiyasında iştirak edən qazaxlı məktəblilər bu gün axşam saatlarında cənub bölgəsinə gəliblər.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edən Gəncə şəhərinin, paytaxtın Xətai və Səbail, eləcə də Gədəbəy, Samux, Daşkəsən, Şəmkir, Ağstafa və Qazax rayonlarının IX-XI sinif şagirdləri və onların müəllimlərini Lənkəran şəhər icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıb.
Lənkəran şəhərindəki Heydər Əliyev parkında məktəblilər qarşısında çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən məktəblilərə xoş arzularını çatdırıb.
Sonra humanitar aksiyanın iştirakçıları Lənkərandakı “Palıdlı sahil” istirahət mərkəzində yerləşiblər.