Şriftin ölçüsü :

Saytın rəngi :

İmzalanma mərasimi keçirilmişdir

12 yanvar 2015 | 16:00

Qazaxda Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin maliyyə dəstəyi ilə rayonun Daşsalahlı kəndində tikiləcək Tibb Məntəqəsinin layihəsinin imzalanma mərasimi keçirilmişdir. Mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı fövqaladə və səlahiyyətli səfiri cənab Tsuquo  Takahaşi, səfirliyin  xarici məsləhətçisi xanım Fumie Suqiyama, Qazax rayonunun müvafiq  icra  hakimiyyəti orqanlarının rəhbərləri - İcra Hakimiyyəti Başçısının birinci müavini Fərman Nağdalıyev, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Arzu Novruzov, Daşsalahlı bələdiyyəsinin  sədri  Mahir Quliyev,"İnkişaf-2006" İctimai dəstək birliyinin icraçı  direktoru Füzuli  Abiyev, birliyin sədri xanım Yaqut Süleymanova və yerli KİV nümayəndələri iştirak etmişlər.
   Tədbiri giriş sözü ilə Birliyin icraçı direktoru Füzuli Abiyev açmış, Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Fərman Nağdalıyev və Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Tsuquo Takahaşi çıxış edərək imzalanan layihənin və tikiləcək Tibb Məntəqəsinin əhəmiyyəti barədə danışmışlar.
     Mərasim Tibb Məntəqəsinin layihəsinin imzalanması ilə başa çatmışdır.

Keçidlər