Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

27 noyabr 2018 | 16:00

Son iki il yarımdır ki, Qazaxda ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün sahələrdə vətəndaşlara göstərilən xidmət və onlara olan qayğı daim diqqət mərkəzində saxlanılır. Rəhbər kimi təyin olunduğu ilk gündən vətəndaş amilini fəaliyyətinin əsas hissəsi hesab edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əhali ilə sıx ünsiyyətdə olur, onları fərdi şəkildə qəbul edir, problem və qayğıları ilə maraqlanır.
İcra başçısı bu gün də bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.
Şəhər sakini Cəfərova Vəfa Oktay qızı işlə təmin olunması ilə bağlı müraciət edib. Vətəndaşın istəyini nəzərə alıb boş iş yeri yaranan zaman məlumat veriləcəyi bildirilib.
Xanlıqlar kənd sakini Məmmədova Pakizə Narkom qızı ünvanlı sosial yardım və oğlunun fonda olan borcu ilə bağlı müraciət edib. Vətəndaşın istəyini diqqətlə dinləyən rayon rəhbəri birinci məsələ ilə bağlı sənədlərini aidiyyəti üzrə təqdim etməsini, ikinci məsələ ilə bağlı isə borcun ödənilməli olduğunu qeyd edib.
Kəmərli kənd sakini Kazımova Sevda Hətəm qızı mərhum yoldaşının adına olan marşrut xəttinin əlindən alındığını bildirib və bununla əlaqədar köməklik olunmasını xahiş edib. Vətəndaşı dinləyən icra başçısı qaldırılan məsələnin ətraflı şəkildə araşdırılacağını vurğulayıb və aidiyyəti üzrə tapşırıq verib.
Şəhər sakinlərindən Babacanova Gövhər Əli qızı işlə təmin olunduğuna, A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin bir qrup müəllimi isə marşrut məsələsinin həll olunmasına görə minnətdarlıqlarını bildiriblər. Onlar tərəfindən qaldırılan məsələyə operativ şəkildə münasibət bildirildiyinə görə rayon rəhbərinə təşəkkürlərini çatdırıblar.
Şəhər sakini Məmmədova Tamella Şoşqulu qızı gəlninin işlə təmin olunmasına köməklik edilməsini qeyd edib. Vətəndaşa gəlninin müəllimlərin işə qəbulu üzrə imtahanda iştirak etməsi və sənədlərini təqdim etməsi tövsiyə edilib. 
Yuxarı Əskipara kənd sakini Həsənov Hidayət İbrahimxəlil oğlunun pay torpaq məsələsi ilə bağlı müraciətinə cavab olaraq aidiyyəti təşkilatların iştirakı ilə yerində baxış keçiriləcəyi çatdırılıb.
Aşağı Salahlı kənd sakinləri Abdullayeva Bəturə Möysüm qızının, Salmanova Təranə Oruc qızının, Qızılhacılı kənd sakini Qurbanova Sənəm Əli qızının, Xanlıqlar kənd sakini Rəcəbova Aygün Vaqif qızının, Aşağı Əskipara kənd sakini Qəhrəmanov Möhübbət Böyükağa oğlunun, şəhər sakinləri Vəliyev Eltac Urfət oğlunun və Orucova Aidə Kərim qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.

Keçidlər