Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı ərik bağı salınacaq sahədə olub

28 noyabr 2018 | 16:00

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 iyul 2011-ci ildə fəaliyyətə başlayan “İDEA” (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyi son illər ölkəmizdə ətraf mühitin qorunması istiqamətində paytaxtla yanaşı, bölgələrimizdə də məqsədyönlü layihələr həyata keçirir.
2017-ci ilin aprel ayından isə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə başlanılıb. Layihə çərçivəsində ilk meyvə bağları İsmayıllı, daha sonra Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik, Quba, Qəbələ və İmişli rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin istifadəsinə verilib.
Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verməkdir.
“İDEA” İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə Qazaxda da aztəminatlı ailələr üçün ərik bağları salınacaqdır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazaxbəyli kəndində ərik bağı salınacaq ərazidə olub, görülmüş işlərlə maraqlanıb.
Hazırlıq işləri ilə tanış olan rayon rəhbərinə məlumat verilib ki, 29 noyabr tarixində rayonun Qazaxbəyli kəndində 2 hektar ərazidə 1000 ədəd ərik ağacı əkiləcəkdir.
Aztəminatlı ailələrin maddi rifahının yaxşılaşdırılması məqsədilə salınmış bağ 4 imkansız ailəyə - Qazaxbəyli kənd sakinləri - Qabil Qocayevə, Valeh Seyidova, Müşgül Nəbiyevə və Fərhad Fərzəliyevə veriləcəkdir.
İcra başçısı görülmüş işlərlə tanış olaraq öz tapşırıq və tövsiyələrini verib.
Kənd sakini Bəhram Fərzalıyev aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilən bu layihəni yüksək qiymətləndirdiyini qeyd edib, layihənin təşkilatçılarına bütün kənd sakinləri adından dərin minnətdarlığını çatdırıb.

 

Keçidlər