Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Qazaxda “Açıq qapı” günləri elan olunub

30 noyabr 2018 | 16:00

Azərbaycan xalqının görkəmli oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə qədirbilən azərbaycanlıların qəlbində əbədiyaşarlıq qazanmış ulu öndər Heydər Əliyevin vəfatından 15 il ötür. Dahi şəxsiyyətin anım günü ilə bağlı hər il keçirilən “Açıq qapı” günləri bu il də davam etdiriləcəkdir.
Qazax rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar dekabrın 3-dən etibarən “Açıq qapı” günləri elan olunub. 
“Açıq qapı” günlərinin təşkil edilməsində məqsəd ulu öndərin siyasi irsini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri bir daha xatırlayaraq onu böyük hörmət və ehtiramla yad etməkdir.
Bu məqsədlə rayonun bütün idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri ulu öndərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək dəstələri düzür, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anırlar. 
Sonra muzeyin qarşısında Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət "Qurtuluş mübarizəsinin qalibi-Heydər Əliyev" başlıqlı sərgiyə tamaşa edirlər. Eyni zamanda, ulu öndərə həsr olunmuş mühazirələr dinləyir və filmlərə baxırlar.
“Açıq qapı” günləri dekabrın 12-dək davam edəcəkdir.

 

Keçidlər