Vətəndaşların müraciətinə yerində baxılıb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən vətəndaşların müraciətlərinə əsasən yerində baxış keçirməsi, qaldırılan məsələnin həlli istiqamətində yerindəcə tapşırıq verməsi artıq bir ənənə halını alıb. Məhz bunun nəticəsidir ki, son iki il yarımdır ki, hər bir rayon sakini yazdığı məktuba, ünvanladığı müraciətə dəqiq və operativ şəkildə baxılacağını bilir.
Rayon rəhbəri bu gün ərizə ilə müraciət etmiş şəhərin Nizami küçəsində yaşayan sakinlərdən – Rahilə Əliyevanın, Arzu İsmiyevin, Taqif Tağıyevin, Yusif Nəsibovun, Sabir Qurbanovun, Nəsif Mehtiyevin, Zeynaf Vəliyevanın, Hidayət Süleymanovun, Əli Bayramovun istəyini nəzərə alaraq yaşadıqları ünvanda olub, müraciətlərini dinləyib, qayğıları ilə maraqlanıb.
Vətəndaşlar küçənin işıqlandırılması, qəbiristanlığın kənarına hasarın çəkilməsi, su-kanalizasiya xətti və digər məsələlərlə müraciət etdiklərini bildiriblər. Sakinlərin istəyini diqqətlə dinləyən rayon rəhbəri qeyd olunan məsələlərdən – qəbiristanlığın kənarına hasarın çəkilməsi və küçənin işıqlanması barədə aidiyyəti üzrə tapşırıq verib. Su-kanalizasiya ilə bağlı məsələnin də rayonda bu işə başlanan zaman köklü şəkildə həll olunacağını qeyd edib.
Sakinlər onların istəyini nəzərə alıb qeyd olunan ünvana gəlməsini, müraciətlərinə dərhal münasibət bildirilməsini razılıq hissi ilə qarşılayıb və buna görə rayon rəhbərinə öz dərin minnətdarlıqlarını bildiriblər.