Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər günü münasibətilə tədbir keçirilmişdir

02 fevral 2015 | 16:00

Qazax rayonundakı Gənclər Mərkəzində "Gənclər günü" münaisbətilə tədbir keçirilmişdir. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin xatirəsi anılmış və abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur. Sonra tədbir öz işinə başlamış və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirlmişdir.
     Tədbiri giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov açmış və Rayon Gənclər və İdman İdarəsdinin rəisi Vüqar Nəbiyev geniş məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılqıddan sonra dövlət gənclər siyasəti sahəsində mühüm addımlar atılmışdır. 1997-ci il fevral ayının 2-də Ulu Öndərin Sərəncamına əsasən fevral ayının 2-si Azərbaycanda gənclər günü elan olunmuşdur. Respublikanın bütün rayonlarında gənclər və idman idarələri fəaliyyətə başlamışdır. Bundan sonra gənclərə göstərilən qayğı və idman hərəkatı genişlənmişdir. Azərbaycan Respublikasının "Dövlət Gənclər siyasəti haqqında" qanunu və "Azərbaycan Gəncliyi 2011-2015-ci illər" Dövlət Proqramı qəbul olunmuşdur. Həmin Qanunların icrası respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da uğurla icra olunmuşdur. Son illərdə tikilib istifadəyə verilmiş Gənclər Mərkəzi, Şahmat Məktəbi deyilənlərə əyani misaldır.
    Bu gün ölkəmizdə Ulu Öndərin Gənclər siyasəti möhtərəm preidentimiz İlhma Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Gənclərin fiziki və mənəvi inkişafı, savadlı və sağlam böyümələri, sosial müdafiəyə ehtiyacı olanlara lazımi köməkliklərin göstərilməsi, gənclər təşkilatların formalaşması həmin uğurlu siyasətin nəticələridir. Azərbaycanda gənclərə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir.
      Sonra çıxışlar olmuşdur. MİHİ Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, YAP Qazax rayon təşkilatının Gənclər Birliyinin sədri Vüsal İsmayılov, AMİ-nin Qazax filialının Tələbə Gənclər təşkilatının sədri Sənəm Namazova və başqaları öz çıxışlarında Azərbaycan gəncliyinə  dövlət səviyyəsində  göstərilən qayğıdan, əldə olunmuş uğurlardan ətraflı danışmışlar.
       Sonda rayonun ictimai siyasi həyatında fəal iştirak etdiklərinə görə 30 nəfər gəncə qiymətli hədiyyələr və diplomlar təqdim olunmuşdur.
      Gənc müğənnilərin iştirakı ilə konsert təşkil olunmuşdur. .

Keçidlər