Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqlara qayğı ölkənin gələcəyinə qayğıdır

12 dekabr 2018 | 16:00

“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” ulu öndər Heydər Əliyevin uşaqlarımız haqqında söylədiyi bu dəyərli fikirlər bu gün də öz təsdiqini tapmaqdadır. Çünki hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşaq sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyüyərsə, ölkənin parlaq gələcəyi də bir o qədər inkişaf edər. Son illər ölkəmizdə uşaqlara, gənc və yeniyetmələrə göstərilən dövlət qayğısının artması və bu sahənin daim diqqət mərkəzində saxlanılması bu amala xidmət edir.
Bu gün ümummilli liderin layiqli davamçısı,  ölkə prezidenti İlham Əliyev  də  dahi  şəxsiyyətin  uşaqlarla bağlı xeyirxah ənənələrini uğurla həyata keçirir.
Dövlət başçısının 2009-cu ilin “Uşaq ili” elan edilməsi haqqında Sərəncamı da ölkədə uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzalanan 12 fevral 2018-ci il tarixli Sərəncamın Qazaxda da uğurla icra olunması, rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinin siyahısında bağçaların tikintisinin və yaxud da əsaslı şəkildə yenidən qurulmasının yer alması bu sahəyə olan diqqət və qayğının daim nəzarətdə saxlanılması deməkdir.
Bundan əlavə, şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulması bu sahədə görülən işlərin uğurla davam etdirilməsinin əyani sübutudur.
Rayonda təqdirəlayiq hallardan biri də odur ki, bağçalarda yaradılan şəraitlə yanaşı, uşaqların keyfiyyətli ərzaqla təmin olunması, körpələrə göstərilən diqqət və qayğı da daim diqqət mərkəzində saxlanılır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayonda fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarına baş çəkməsi, uşaqlara göstərilən qayğı ilə yerində tanış olması bunun bariz nümunəsidir.
Bu gün icra başçısı şəhərdə yerləşən 1 saylı körpələr evi-uşaq bağçasında və 2 saylı uşaq bağçasında olub.
Körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatı və bişirilən yeməklərin keyfiyyəti, mövsümlə əlaqədar olaraq bağçalardakı istilik sisteminin mövcud vəziyyəti ilə maraqlanıb.
Bağça müdirləri və işçilər ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.
Rəhbər kimi təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar. Bağçada uşaqların yüksək şəraitdə tərbiyə almaları üçün bütün lazımi infrastrukturların yaradıldığını qeyd ediblər.
Məlumat üçün qeyd edək ki, icra başçısının uşaqlara göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün Qazax rayonunda olan 25 bağçadan 16-sı müasir standartlara cavab verən səviyyədədir. Rayonda olan təmirli şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası bu istiqamətdə görülən işlərin əyani göstəricisidir.

Keçidlər