Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda yaradılan "Gedik-Carçı” Elektrod Zavodu yeni istehsal müəssisələrindəndir

12 dekabr 2018 | 16:00

Bu gün sevindirici haldır ki, ölkəmizdə dövlət başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bütün sahələrdə olduğu kimi, yeni sənaye müəssisələrinin yaradılması istiqamətində də məqsədyönlü işlər görülür. Son illər bu sahədə əldə olunan nailiyyətlərin sayı gündən-günə artmaqda davam edir. Paytaxtla yanaşı, bütün bölgələrimizdə də bu sahənin inkişafına xüsusi maraq göstərilir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu sahənin inkişafı daim diqqət mərkəzindədir. Rayonda yaradılan yeni sənaye müəssisələrinin sayının ildən-ilə artması bunu söyləməyə əsas verir. 
Qazaxda "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodu da yaradılan yeni istehsal müəssisələrindəndir. Xanlıqlar kəndi ərazisində tikilən bu yeni zavod ölkə sənayesinin inkişafı ilə yanaşı, rayonda yeni iş yerlərinin yaradılması baxımından da böyük əhəmiyyət kəsb edir. 
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov zavoda baş çəkib, görülən son tamamlanma işləri ilə tanış olub.
Rayon rəhbərinə məlumat verilib ki, 1,5 hektar sahəni əhatə edən zavodda əsas işlər başa çatıb. Məhsul istehsal ediləcək 2400 kvadratmetrlik örtülü sahə istehsala tam hazırdır.
Bundan başqa, ofis binası da lazım olan avadanlıqlarla təmin edilib. Zavodun həyətində abadlıq işləri aparılıb. Tikinti işləri ilə yanaşı, ərazinin ətrafı tamamilə yaşıllaşdırılıb, müxtəlif növ ağaclar və gül kolları əkilib.
Qeyd olunub ki, Türkiyədən olan yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə zavodda lazım olan əsas avadanlıqlar quraşdırılıb və bu iş davam edir.
İcra başçısına zavoda gətirilən avadanlıqlar və quraşdırılma mexanizmi barədə məlumat verilib. Bundan əlavə, bütün avadanlıqların keyfiyyətinə üstünlük verildiyi qeyd edilib.
Avadanlıqlarla yaxından tanış olan rayon rəhbəri işlərin sürətləndirilməsini bildirib, bəzi tapşırıq və tövsiyələrini verib.

Keçidlər